Şənbə, 18 May

Daha bir ölkə Türkiyədən "Bayraktar" PUA-ları ALDI

image

Albaniyanın müdafiə naziri Niko Peleşi Türkiyəndən 3 ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatını almaqla ölkənin hərbi potensialını artırdığını bildirib.

Xəbər verilir ki, bu barədə “Euractiv.com” portalı məlumat yayıb.

“Biz hərbi hava qüvvələrimizi müasir və yüksək effektiv imkanlarla zənginləşdirməyə qərar verdik”, – nazir deyib.

O qeyd edib ki, Türkiyə pilotsuz təyyarələri döyüş funksiyasından əlavə, meşə yanğınlarını, daşqınları izləmək və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün istifadə olunacaq.

Müqaviləyə əsasən Albaniya silahlı qüvvələrinin 30 əməkdaşı pilotsuz təyyarələrlə işləmək üçün təlim keçəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41